Saat:18:08
Haqqımızda

İrandan GÖZLƏNİLMƏZ ADDIM: Bundan sonra yük maşınları Qarabağa girə bilməyəcəklər

2021-10-20 17:35:00

İrandan GÖZLƏNİLMƏZ ADDIM: Bundan sonra yük maşınları Qarabağa girə bilməyəcəklər

İranlı sürücülərin və vətəndaşların Azərbaycanın Qarabağ bölgəsinə və Laçın rayonunan girişi qadağan edilib.

Hurriyyet.az Konkret.az-a istinadən xəbər verir ki, bu barədə İran Avtomobil Yolları və Yol İdarəsi Təşkilatının baş direktoru Məhəmməd Cavad Hidayəti bildirib.

O İranın nəqliyyat şirkətlərinə göndərdiyi məktubda iranlı sürücülərin və vətəndaşların Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə və Laçın rayonuna girməsinin qadağan edildiyi yazıb.

Sirkulyasiyaya əsasən, Qarabağ bölgəsi ilə hər hansı bir ticarət müqaviləsinin imzalanması və gəmiçilik şirkətləri tərəfindən nəqliyyat sənədlərinin verilməsi qadağan edilib.

Xatırladaq ki, Azərbaycan hərbçiləri demarkasiya prosesinə uyğun olaraq  Gorus-Qafan yolunun təxminən 21 kilometrlik hissəsinə nəzarəti ələ aldıqdan sonra, burada nəzarət-buraxılış məntəqələri qurublar. Bundan sonra isə İrandan Ermənistana qanunsuz yük daşıyan iranlı sürücülərdən yol vergisi tələb edilib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR