Saat:09:46
Haqqımızda

İrandan Ermənistan mesajı – “Nəyin bahasına olur-olsun...”

2022-08-12 19:12:00

İrandan Ermənistan mesajı – “Nəyin bahasına olur-olsun...”

“İranla Ermənistan arasındakı sərhəd nəyin bahasına olur-olsun qorunmalıdır”.

Bunu İran prezidentinin aparat rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi deyib.

 

O, dünən İran prezidenti İbrahim Rəisi ilə Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığının aparıldığını bildirib.

Cəmşidinin sözlərinə görə, telefon danışığı zamanı Rəisi vurğulayıb ki, İranla Ermənistan arasında sərhəd nəyin bahasına olur-olsun qorunmalıdır.

İran prezidentinin adından verilən bu mesajın kimə ünvanladığı açıq dillə bildirilməsə də, Azərbaycan və Türkiyənin nəzərdə tutulduğuna şübhə yoxdur. Bundan əvvəl də dəfələrlə Zəngəzur dəhlizinə qarşı mövqe sərgiləyən İran rejimi Ermənistanı özünün “qırmızı xətti” adlandırıb. Hətta ötən aylarda İran ordusunun (SEPAH) Teleqram kanalında Azərbaycanın ünvanına hədələyici mesaj yayımlanmışdı.

İranın Birinci Qarabağ Müharibəsindən bəri işğalçı ilə çiyin-çiyinə olduğu, Azərbaycan əleyhinə hansı addımları atdığı da hər kəsə bəllidir. Ona görə də İranın belə mesajları artıq Azərbaycanda təəccüb yaratmır. Molla rejiminin Azərbaycana qarşı bu xofunun səbəbləri isə məlum deyil. \\Teleqraf

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR