Saat:08:39
Haqqımızda

İrandan daha bir xəyanət- Qarabağda çirkli pul yuyub, Hizbullaha göndərirmiş...

2021-09-16 23:10:00

İrandan daha bir xəyanət- Qarabağda çirkli pul yuyub, Hizbullaha göndərirmiş...

İran nəyə görə Azərbaycanın Qarabağı azad etməsini istəmirdi. Sən demə İran işğal altındakı torpaqlarımızdan daha bir məqsədlə istifadə edirmiş. Şanlı ordumuzun vətən torpaqlarını işğaldan azad etməsi ilə İran həm də ona qoyulan beynəlxalq sanksiyalardan yayınmaq üçün istifadə etdiyi platformalardan birini itirdi. Separatçı xunta Qarabağı idarə etdiyi dövrdə Tehran Qarabağda çirkli pulların yuyulması üçün daha bir laundromat mexanizmi qurubmuş.

İrandan Qarabağa gətirilən çirkli pullar burada iranlılar tərəfindən qurulan banklar vasitəsilə Ermənistanda (İrəvanda) yenə də iranlıların qurduğu banklara transfer edilir və bu şəkildə “yuyulurdu.

Dünya Bankının 2019-cu il hesabatında bu maliyyə maxinasiyası ilə bağlı konkret faktlar əksini tapıb. Bankın hesabatında qeyd olunur ki, 2017-ci ildə Azərbaycandan Ermənistana 7 milyon, 2018-ci ildə 211 milyon dollar pul köçürülüb.

 

Erməni müxalifəti 44 günlük müharibədən sonra “Azərbaycandan Ermənistana 211 milyon pul köçürülüb” detalından Paşinyana qarşı arqument kimi “türklərə(Azərbaycana) satılıb” ittihamı ilə onu ləkələmək üçün istifadə edirdi. Halbuki,  Azərbaycandan köçürülən pul əslində elə Qarabağdan köçürülən İranın çirkli pulları idi.

Dünya Bankı isə beynəlxalq hüquqa əsasən Qarabağı Azərbaycan ərazisi kimi tanıdığı üçün, pul transferini də öz hesabatında bu prinsiplə hesablayıb.

ABŞ Konqresinin Nümayəndələr palatasının keçmiş üzvü Dan Barton da hələ  2018-ci ildə verdiyi müsahibəsində İranın Qarabağdakı banklar vasitəsilə çirkli pulları yuduğunu və Hizbullahı maliyyələşdirdiyini bildirmişdi.

Bu mənfur əməliyyat İranın işğal dövründə Azərbaycanın işğal edilmiş torpaqlarında həyata keçirdiyi qanunsuzluqların sadəcə kiçik bir hissəsidir. Müharibədə uduzan Ermənistan və İran  bu platformadan məhrum oldular. Bu gün İranın Qarabağın sülhməramlıların müvəqqəti nəzarətində qalmış hissəsindəki separatçı xuntaya dəstək vermək üçün dəridən qabıqdan çıxmasının, terrorçuları himayə etmək üçün min bir bəhanə gətirməsinin səbəblərindən biri də həm də bu mexanizmi qorumağa çalışmaqdır. \\Azerforum.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR