İrandan Bakıya oxunan Minbərgecə nağılları

2022-06-20 09:14:00

İrandan Bakıya oxunan Minbərgecə nağılları

Artıq neçənci dəfədir ki, biz dövlətin böyük günlərində, beynəlxalq nüfuzumuzun və dünya üçün əhəmiyyətimizin etiraf edildiyi zamanlarda bir para ovuciçilərin milli maraqlara, dövlət mənafelərinə zidd səmtə yönəldilməsinin şahidi oluruq.

Əvvəllər biz, tutaq ki, Bakıda keçirilən nüfuzlu tədbirlər - Formula-1, “Avroviziya”, Avropa Oyunları, Xəzər Neft-qaz sərgiləri ərəfəsində belə mənzərələrlə, yəni hansısa etiraz aksiyaları ilə rastlaşırdıq. Biz Formula-1 pilotları üçün asfaltlaşdırma işi aparır, Avropa Oyunlarına hovuzlar, meydançalar hazırlayırdıq, o zaman hansısa ingilis, yaxud fransız mediası Badamdarda süləngəc it axtarırdı. Gey qurşaqlarından istifadə etməklə, maykaların üzərinə siyasi şüarlar yazanlar tapılırdı.

Dünyanın ən nüfuzlu forumlarından birini - Qlobal Bakı Forumunu da birovuclar təşkil etdikləri lokal aksiyalarla keçirdilər. Məncə, yük maşınlarının iştirakıyla Heydər Əliyev prospektini bağlamaq da əslində məhz Formula-1 yarışları zamanı tətbiq edilmək üçün nəzərdə tutulmuşdu. Amma hüquq-mühafizə orqanları vaxtında oxudular. Forum ərəfəsində avantüralara yol verdilər. Ciddi, gerçək jurnalistikadan xəbərsiz Yutub kanalları növbəti dəfə gündəmi dəyişməyə cəhd etdilər. Rəsmi kanalların dili ilə desəm, düşmən dəyirmanına su tökdülər.

Biz bu kanallarda Azərbaycanın gələcəyi, bütün regionun, qitənin, uzaq mənzildə dünyanın mənzərəsini dəyişməyə hədəflənmiş Forumun mahiyyəti barədə nələrsə, kimlərsə görmədik. Biz yalnız kommunal-məişət səviyyəsində giley-güzarın, qeybətin, dedi-qodunun şahidi olduq. Sanki Bakı vaxtı bu təfəkkür ucqarlarının başı üstündən keçib getdi. Baxmayaraq ki, Azərbaycana gələn nüfuzlu qonaq-qaraya təqdim etmək üçün Vətən Müharibəmizin şanlı salnaməsi var idi. Yutub kanalları heç omasa bu günlər, qonağımız olan beynəlxalq tamaşaçıya ləyaqət mücəssəməsi, dəyanət rəmzi, ləyaqət nümunəsi olan Tərtər dirənişindən danışa bilərdilər. Ermənilərin dinc əhalini raket-mərmi atəşinə tutduğu bu qəhrəman şəhərin ən adi sakininin simasında millət fədailiyindən bəhs edə bilərdilər. Amma bunu etmədilər. Əvəzində beş-altı şərəfsizin, cinayətkarın əməllərinə həsr edilmiş diskussiya dövrəsi vuraraq “Tərtər işi” adlandırdıqları prosesi reklam etdilər. Dövlətə antireklam, qara piar etdilər. Daha düşünmədilər ki, “Tərtər işi” bu deyil, “Tərtər işi” bütün müharibə boyu öz namusunu, evini, küçəsini, ilk növbədə bayrağını qoruyan tərtərlilərin işidir.

Hay-küyün içində antizəngəzur ovqatının daşıyıcıları da işə düşdü. Hələ bu yaxınlarda prioritet xəbər kimi xüsusi buraxılşla efirə verdiyimiz Zəngəzur dəhlizinin cənub Qolunu qardaşlıq Qolu kimi boynumuza salmağa hazırlaşdığımız ölkədə - İran İslam Respublikasının ərazisində mənzillənən qara-quralar qarışıq səslər verməyə başladılar. Guya Azərbaycanda islam müqəddəsləri təhqir edilib. Minbərgecə nağılları başladı. Yerli Yutub kanallarının sayəsində efir xütbələri oxundu.

Təkrar edirəm. Məhz Qlobal Bakı Forumu ərəfəsində bu mötəbər toplantının getdiyi günlərdə. Əcəba nə baş verir? Axı qonşu İran İslam Respublikasında yaxşı bilirlər ki, Azərbaycanda din-dövlət siyasəti necə qurulub. Məscidlərin açılmasına bizim kimi orda da sevinirlər. Amma Azərbaycanda islamın məhz Azərbaycana məxsus modeli qurulur. Və deməli, islamın tədrisinin də Azərbaycan modeli olmalıdır və olacaq. Qurulur. Bizim İlahiyyat İnstitutu dövlət maraqlarını dərk edən din adamları yetişdirir. İyul ayının 5-də bu institut ilk məzunlarını yola salacaq. Allah yoluna. Amma həm də dövlət, Azərbaycan yoluna.

Ola bilsin ki, dövlətin bu işdə xüsusi qayğıkeşliyi qohum-qonşuda kimlərdəsə narazılıq doğurur. Bəlkə kimsə Azərbaycanı Livanın, Yəmənin günündə görmək, yaxud o günə qoymaq istəyir – bu, olmayacaq. Elə hizbullahlar da olmayacaq. Və Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri də qəbuledilməzdir. Allah böyükdür, o hər şeyi görür. Bizim vətəndaşlar, ölkə və dövlətdaşlar da bunu bilməlidir. Bizim azanımız Kəbə evinə üzü Şuşadan qanadlanır. Bu azanı əsgərimiz oxuyub...

Azərbaycan müharibədə qalib gəlib. Öz məscidlərini donuzlardan təmizləyib. Və bunu ona görə etməyib ki, hansısa Fizincanbaş özünün məcmeyidə aş kimi qalaqlanan eybəcər görkəmiylə bizə vəzzariyyat oxusun.

Biz kəlmeyi-şəhadətimizi də, şəhadətimizi də, şəhidlərimizi də yaxşı bilirik!Axar.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya