İrandan açıqlama: “Rusiya Qərbdən daha müdrik siyasət yürüdür”

2022-07-25 13:11:00

İrandan açıqlama: “Rusiya Qərbdən daha müdrik siyasət yürüdür”

Hurriyyet.az “Lenta.ru” saytına istinadla xəbər verir ki, İranın ali dini liderinin müşaviri Əli Əkbər vilayəti Rusiyanın və Qərb ölkələrinin, o cümlədən ABŞ-ın dünya siyasətini müqayisə edib.

Vilayəti Rusiyanın Qərb ölkələrindən fərqli olaraq, daha müdrik siyasət yürütdüyünü qeyd edib. O, Rusiya ilə Çinin dəfərlərlə Tehranın müttəfiqi rolunda çıxış elədiklərini, Qərb ölkələrinə qarşı İranın yanında olduqlarını qeyd edib.

Vilayəti deyib: “Əslində, nə Rusiya, nə də Çin bizimlə dostluq və qardaşlıq müqaviləsi bağlamayıblar, hamı kimi onlar da öz maraqlarından çıxış edərək hərəkət ediblər. Lakin, onların siyasətinin Qərbin siyasətindən daha müdrik olduğu aşkar deyilmi?”

Vilayətinin sözlərinə görə, Rusiya, Hindistan və Çinin sayəsində Şərq “ayaqları üstündə möhkəm dayanıb”: “Hazırda Asiyada üç mühüm güc mərkəzi var – İran, Rusiya və Çin. Onlar müstəqildirlər və Qərb ilə ABŞ-ın apardıqları ekspansiya siyasətinə və birqütblü dünyaya qarşıdırlar”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059376