İrandakı zəlzələ Naxçıvanda hiss olunub
2022-10-05 10:18:00
Naxçıvan stansiyasından 80 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bala qədər hiss olunub.