Saat:02:01
Haqqımızda

İrandakı səfirliyimizin fəalliyyətini dayandırması… - ELDAR SABİROĞLU YAZIR

2023-01-31 12:14:00

İrandakı səfirliyimizin fəalliyyətini dayandırması… - ELDAR SABİROĞLU YAZIR

Hər kəs xalqın və dövlətin büdrəməməsi üçün özünü “odun ağzına” atan İlham Əliyevin ətrafında birləşməlidir

Azərbaycan İrandakı səfirliyinin fəalliyyətini dayandırdı. Belə bir məlumat XİN-nin müavini Xələf Xələfov tərəfindən səfirliyin təxliyə edilən əməkdaşlarını və hadisə zamanı iranlı terrorçunun avtomat "Kalaşnikov"dan açdığı atəş nəticəsində qəhrəmancasına həlak olan Orxan Əsgərovun nəşini Bakıya gətirən təyyarənin enişi zamanı hava limanında jurnalistlərə  müsahibəsində açıqlanmışdı.

Əlbəttə, bu, adidən verilmiş bir qərar deyildi. Görünür,  Azərbaycanın prezidentinin çox götür-qoydan sonra belə bir qəti qərar qəbul etməsində məqsədi, ölkənin imicinə toxunan terror hadisəsində İranın xüsusi xidmət orqanlarının bilavasitə əli olduğunu beynəlxalq aləmin diqqətinə çatdırmaqdır.

Bu doğru siyasi gediş olsa da, bayaq qeyd etdiyim kimi, asanlıqla qəbul edilən qərar və siyasi bəyanat deyildir. Dövlət başçısı tərəfindən meydana qoyulmuş çox məsuliyyətli, dönməz və sərt bir iradənin açıq inikasıdır.

Xalqın bu çətin dövrdə işi nədən ibarət olmalıdır?! İlk növbədə bu döyüşdə hər kəs Prezidentin yanında olmalıdır. Bütün siyasilər, vətəndaş təşkilatlarının fəalları, ictimaiyyətin nümayəndələri xalqın və dövlətin büdrəməməsi üçün özünü “odun ağzına” atan İlham Əliyevin ətrafında səyləri bir yerə qoymalıdır. Əgər bunu bacarmayan tapılacaqsa, heç olmazsa ziyan da vurmasın. O şəxslərin çəkilib bir kənarda dayanması daha məqsədəuyğun olardı.

Eldar SABİROĞLU

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR