İranda zəlzələ olub
2023-10-27 09:24:08

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, ötən gecə İranın Xorasan əyalətində 5,1 bal gücündə zəlzələ qeydə alınıb. Dağıntı və tələfat barəsində məlumat yoxdur. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatında deyilir: “Zəlzələnin episentri Bircand şəhərindən 94 km cənub-şərqdə, 10 km dərinlikdə olub”.
On gün bundan əvvəl də ölkənin cənubunda 5,5 və 5,3 bal gücündə ardıcıl iki zəlzələ baş vermişdi.
Hürr Tərcüman
