İranda zavodda yanğın oldu - Ölən və yaralananlar var
2022-06-28 23:55:00
İranın Qum şəhərinin Şukuhiyyə bölgəsində zavodda yanğın baş verib.
Yuyucu məhsullar istehsal edən zavodda baş verən yanğında 4 nəfər ölüb, 7 nəfər yaralanıb.
Yaralılar yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. \\APA