Saat:12:27
Haqqımızda

İranda yumurta "lüks" qidaya çevrilir

2021-09-17 18:21:00

İranda yumurta

Iranda gündəlik ərzaq məhsulu sayılan yumurta kasıb təbəqənin əlinin çatmadığı məhsula çevrilir. Belə ki, İranda yumurtanı təkcə varlılar alıb yeyə bilir. Bu ölkədə ərzaq məhsullarının kəskin bahalaşdığı bir vaxtda artıq yumurta da "lüks məhsul" sayılır. Məlumatlara görə, "Həmşəhri Online" ajansı cəmiyyət arasında sorğu keçirib və əhali yumurta almağa imkanının çatmadığını bildirib. Vətəndaşlardan biri deyir ki, 1 qutuda əvvəl 30 yumurta var idi və qiyməti 20 min tümən idi. İndi isə yumurtaların sayı 24-ə düşüb, qiyməti isə dəfələrlə artıb. İndi yumurtanın 1 qutusunun qiyməti 55 min tümənə qədər artıb. Vətəndaşlar yumurta almağa imkanının çatmadığı, bu məhsulun da "lüks qidalar" siyahısına daxil olduğunu deyiblər. 
Tehran Vilayətinin Yumurta İstehsalçıları Birliyinin rəisi məsələ ilə bağlı "Həmşəhri" saytına deyib ki, bahalaşma dövlətin fermerlərin ziyana düşməsinə etinasızlığının nəticəsidir. İndiki şəraitə əsasən yumurtanın qiyməti ucuzlaşmayacaq. 

Ülviyyə, 

Hurriyyet.az


 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR