Saat:18:44
Haqqımızda

İranda yeni hicab qalmaqalı — VİDEO

2023-02-18 21:42:00

İranda yeni hicab qalmaqalı — VİDEO

 

İranda ötən ilin sentyabrında Məhsa Əmini adlı gənc qadının ölümünə və ölkədə hələ də davam edən etirazların başlanmasına səbəb olan məcburi hicab məsələsi həllini tapmadığından yeni qalmaqallı hadisələrin yaşanmasına gətirib çıxarır.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, sonuncu belə hay-küylü olay İran Milli Kitabxanasında baş verib.
Belə ki, bir neçə gün əvvəl İran Milli Kitabxanası tərəfindən bəzi qadın istifadəçilərə mesaj göndərilib və hicaba riayət etmədikləri üçün onların kitabxanaya üzvlüyünün dayandırıldığı barədə məlumat verilib.
Bu məsələ qadın oxucuların kəskin etirazı ilə qarşılanıb və fevralın 13-də onların bir qrupu Milli Kitabxana rəhbərliyinin həmin addımı əleyhinə bəyanat yayıb. Bəyanatda sözügedən qərar cinsi ayrı-seçkilik aktı və İran hakimiyyətinin dəyənək və güllə siyasətindən yumşaq sıxışdırma metoduna keçməsinin təzahürü kimi qiymətləndirilib.
Qeyd olunub ki, göndərilən mesajlarda mümkün reaksiyalar nəzərə alınaraq hicab sözündən istifadə edilməyib və kitabxanadan istifadə qaydalarının 10-cu maddəsinin 7-ci bəndinə istinad olunub.
Həmin bənddə isə deyilir:
“Kitabxana daxilində islami geyimə, dini, mədəni və ictimai normalara riayət olunması məcburidir. Bu qaydanın pozulması müşahidə edildiyi halda, məsələ üzvlük komitəsinə çıxarılır və lazımi qərar qəbul olunur”.
Bəyanatda o da vurğulanıb ki, əldə olunan məlumatlara görə, Milli Kitabxana rəhbərliyi mümkün etirazlara şərait yaratmamaq üçün hicaba riayət etməyən qadın istifadəçilərin üzvlüyünün dayandırılmasını on nəfərlik qruplar üzrə həyata keçirmək niyyətindədir.
Bəyanatın sonunda hicab məsələsinə görə qadınların ən adi ictimai xidmətlərdən məhrum edilməsi kəskin şəkildə pislənilib və bütün məqbul yollarla buna imkan verilməyəcəyi bildirilib.


 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR