İranda Ukrayna təyyarəsini o vurub - FOTO

2023-01-21 14:46:00

İranda Ukrayna təyyarəsini o vurub - FOTO

Tehran vilayətinin hərbi məhkəməsində Ukraynaya məxsus "737" təyyarəsinin qəzaya uğraması ilə bağlı iş üzrə məhkəmə araşdırması davam etdirilir.

Hurriyyet.az "Mehr"ə istinadla xəbər verir ki, hazırda məhkəmə iclasında 1 nəfər mühakimə olunur. 

İş üzrə mərhumların ailə üzvləri və onların vəkilləri də ifadə verirlər.

Təqsirləndirilən şəxs hadisə baş verən gecə vəzifələrini və sistemlə necə işləməli olduğunu izah edib və bununla bağlı izahat verib.

Qeyd edək ki, İran mediası ilk dəfə müqəssirin fotosunu dərc edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.380022