Saat:21:15
Haqqımızda

İranda sel qurbanlarının sayı yüzə çatır

2022-08-17 18:09:00

İranda sel qurbanlarının sayı yüzə çatır

Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, İSNA informasiya agentliyinin İranın Məhkəmə Tibbi İnstitutunun başçısı Abbas Məscid Araniyə istinadla verdiyi məlumata görə, leysan yağışlardan sonra İranda baş verən sellərin qurbanlarının sayı 96 nəfərə çatıb.

22 iyul tarixindən etibarən İranın cənubundakı Fars əyalətində leysan yağışlar yağmağa başlayıb. Sonradan selləmə sular Tehran bölgəsinə də çatıb. Güclü yağışlar avqustun əvvəllərinə qədər davam edib.

Araninin sözlərinə görə, ən çox ölüm faktı – 42 nəfər – Tehranda qeydə alınıb.

Hazırda İranın bir çox rayonları su və palçıq içərisində qalıb.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR