İranda sel fəlakəti onlarla insanın ölümünə səbəb oldu, itkin düşənlər var

2022-07-30 13:01:00

İranda sel fəlakəti onlarla insanın ölümünə səbəb oldu, itkin düşənlər var

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İranda baş vermiş sel fəlakəti nəticəsində ötən bir həftə ərzində 56 nəfər həlak olub. Bu barədə məlumatı İranın İctimai Televiziyasında çıxış edən İran Qırmızı Aypara Cəmiyyətinin nümayəndəsi Mehdi Vəlipur verib. O, 18 adamın itkin düşdüyünü də söyləyib.

Sel fəlakəti İranın 31 əyalətindən 18-ni əhatə edib. Yəzd, İsfahan, Lurestan, Maandaran, Tehran, Çeharmexal və Bəxtiyariya ən çox zərər çəkən bölgələrdir.

Hürr Tərcüman

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.059270