İranda qadın müğənni bu mahnısına görə saxlanılıb

2023-08-29 23:34:24

İranda qadın müğənni bu mahnısına görə saxlanılıb

Pop müğənnisi Mehdi Yarrahi İranda hicab tələbinə qarşı ifa etdiyi mahnıya görə saxlanılıb.

Hurriyyet.Az-ın İranın rəsmi xəbər agentliyi İRNA-ya istinadən verdiyi xəbərə görə Yarrahinin bazar günü Tehran prokurorluğunun verdiyi qərarla dünən saxlanıldığı bildirilib. 

Pop ifaçısı cümə günü fars dilindən tərcümədə "çadra" mənasını verən "Roosarito" mahnısını təqdim edib. YouTube-da paylaşılan mahnının klipində hicabsız qadınların rəqs etdiyi görüntülər də yer alıb. Klipin əvvəlində ölkəni ayağa qaldıran Mahsa Emini etirazlarının şüarı olan “Qadın, həyat, azadlıq” ifadəsi də əks olunub.

Müğənni isə bazar günü Twitter hesabında "Ağlamayın, mən bu hakimin kabusuyam" sözlərini paylaşıb.

Yarrahinin vəkili Mustafa Nili də ötən gün X hesabında etdiyi paylaşımda 41 yaşlı müğənninin nəzarətə alındığını təsdiqləyib. \\32gun.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.000110