İranda mollalar ermənilərin qəbirlərini ziyarət etdilər - FOTO
.jpg)
İranda yaşayan ermənilərin rəsmi mətbu orqanlarından olan “alikonline” saytının xəbərinə görə, Yeni ilin başlanması münasibəti ilə isfahanlı ruhanilər və elmi-dini hövzələrin rəhbərləri, xristian keşişlər, İsfahan və İranın cənubundakı Erməni Yeparxiyasının üzvləri və İsfahan Zərdüşt Cəmiyyətinin nümayəndələri İran-İraq müharibəsində öldürülən ermənilərin məzarlarını ziyarət ediblər.
Hurriyyet.az xəbər verir ki, mərasimə qatılan müsəlman din xadimlərindən biri deyib: “Bizə dini hövzələr, kilsələr, Erməni Yeparxiyası, zərdüştilər və yəhudilər arasında davamlı əlaqə lazımdır”.
İsfahan Erməni Şəhidləri Təşkilatının rəhbəri Zare Qaraxanyan da İran-İraq savaşında İsfahandan 6 erməninin öldürüldüyünü deyib.
Qeyd edək ki, indiyədək Qarabağda, Xocalıda şəhid olan Azərbaycan müsəlmanlarına bir dəfə də olsun anım mərasimi keçirməyən İran mollaları nədənsə ermənilərə xoş gəlmək üçün dəridən-qabıqdan çıxırlar.
Musavat.com
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya