Saat:18:03
Haqqımızda

İranda güclü zəlzələ baş verdi

2024-12-05 09:48:33

İranda güclü zəlzələ baş verdi

İranın qərbində İraqla sərhəd yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Hurriyyet.az bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 841 min nəfər əhalisi olan Əhvaz şəhərindən 99 km şimal-şərqdə yerləşib.

Zəlzələnin hiposentri yerin 10 km dərinliyində olub.

İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur. (APA)