Saat:07:37
Haqqımızda

İranda etirazlar QIZIŞDI - etirazçı gənclərlə bəsic qüvvələri arasında atışma olub, 4 nəfər yaralanıb - rektor canlı efirdə

2023-02-15 13:52:00

İranda etirazlar QIZIŞDI - etirazçı gənclərlə bəsic qüvvələri arasında atışma olub, 4 nəfər yaralanıb - rektor canlı efirdə

İranın İlam əyalətinin Dehloran şəhərində etirazçılarla İnqilab Keşikçiləri Qvardiyasının əsas kadr bazası olan bəsic qüvvələri arasında silahlı atışma nəticəsində 4 nəfər yaralanıb.

Məlumatı “Azad İran” yayıb. Bildirilib ki, etiraz aksiyaçılarına və dinc əhaliyə divan tutan yarımhərbi və radikal bəsic qüvvələri aksiya keçirmək istəyən gənclərə atəş açıb. Bu səbəbdən azadlıqsevərlər qarşı tərəfə cavab verib.

Atışma nəticəsində iki gənc və iki bəsici yaralanıb.

İranda nələr baş verir? Bundan sonra nələr olacaq?

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovla “Canlı debat”da bu sualları müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.173562