İranda etirazlar bütün şəhərləri bürüyür - VİDEO

2022-06-13 14:24:00

İranda etirazlar bütün şəhərləri bürüyür - VİDEO

İranda əhalinin kütləvi etirazları davam edir.

Hurriyyet.az xəbər verir ki, bu gün Ərdəbildə narazı təqaüdçülər etiraz aksiyası keçirib.

Tehranda isə sahibkarlar ayağa qalxıb. Sahibkarlar Tehranın küçələrində getdikcə ağırlaşan durumla bağlı etirazlarını bildirib.

Qeyd edək ki, İranın müxtəlif şəhərlərində ərzaq qiymətlərinin artması və bəzi qida məhsullarının qıtlığı səbəbindən may ayının əvvəllərindən etiraz aksiyaları başlayıb.

İranda hökumətin subsidiyaları ləğv etməsindən sonra əsas ərzaq məhsullarının bahalaşmasına görə başlayan etirazlar hazırda ölkənin bütün əyalətlərinə yayılıb.

cebhe.info


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya