Saat:06:56
Haqqımızda

İranda etiraz dalğası böyüyür: Ölən və yaralananlar var

2021-07-23 21:34:00

İranda etiraz dalğası böyüyür: Ölən və yaralananlar var

İranın Xuzistan əyalətinin şəhərlərində su çatışmazlığı ilə bağlı təşkil olunan etirazlara dəstək olaraq Luristan əyalətinin Əligudərz şəhərində də etirazlar başlayıb.

 

Bu barədə “Anadolu” agentliyi İranın dövlət televiziyasına istinadla məlumat yayıb.

 

Qeyd edilir ki, Əligudərzdəki nümayişlər zamanı bəzi naməlum şəxslər odlu silahdan atəş açıblar, nəticədə 20 yaşlı gənc ölüb və iki 16 yaşlı gənc yaralanıb.

 

Hadisəni törədənlərin tutulması üçün istintaq başladıldığı deyilir.

 

İran səlahiyyətlilərinin açıqladığı məlumata görə, 15 iyuldan bəri 8 gecə davam edən etiraz aksiyalarında həyatını itirənlərin sayı 5-ə çatıb.

 

Xuzistandakı etirazlarla əlaqədar açıqlama yayan “Amnesty International” təhlükəsizlik qüvvələrinin nümayişlər zamanı ən azı 8 nəfəri öldürdüyünə dair məlumatlara sahib olduqlarını bəyan edib. Açıqlamada təhlükəsizlik qüvvələrinin Xuzistandakı dinc etirazları yatırmaq üçün döyüş sursatı, gözyaşardıcı qaz və avtomatik silah istifadə etdikləri bildirilib. \\Modern

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR