İranda "Ermənistan heç vaxt İranın təhlükəsizliyinə təhdid olmayıb" adlı konfrans keçirildi

2022-08-26 10:59:00

İranda

Dünən Gilan Universitetində "Gilan və onun Qafqazın gələcək inkişafında rolu" mövzusunda xüsusi konfrans təşkil edilib.
Tədbirə qatılan professorlar regionda baş verən proseslərdən, böyük dövlətlərin Qafqaza müdaxiləsindən və Gilan vilayətinin Qafqazla ticarətindəki yeri və önəmindən danışıblar.
İrəvan Universitetinin İranşünaslıq fakültəsinin müəllimi Artyom Tonoyan da 44 günlük Qarabağ savaşından sonra İran-Ermənistan əlaqələrinin perspektivlərini təhlil edərək vurğulayıb: “Ermənistan heç vaxt İranın təhlükəsizliyinə təhdid olmayıb və həmişə İranın yanında olub”.
Gilan Universitetinin professoru Yaser Kərəmzadə isə Qafqazda və Qərbi Gilanda yayılmış böyük talış xalqı barədə çıxış edib. O, talış dili və mədəni arealından söz açaraq, talışların “Qafqazda mühüm iranlı etnik qruplardan biri kimi rolunu, bu böyük xalqın özünü iranlı saymaqla yanaşı, həmişə vətənini (İran) sevdiyini vurğulayıb”.
Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.061795