Saat:19:14
Haqqımızda

İranda ərəblər ayağa qalxdı, ölənlər və həbs edilənlər var

2021-07-24 15:10:00

İranda ərəblər ayağa qalxdı, ölənlər və həbs edilənlər var

Xuzistanda su, elektrik, internet kəsilib

Hurriyyet.org xəbər verir ki, İranın əsasən ərəblərin yaşadığı Xuzistan əyalətində suyun kəsilməsinə qarşı iyulun 15-dən bəri davam edən etiraz nümayişlərində 9 nəfərin öldürüldüyü və 102 nümayişçinin tutulub saxlanıldığı iddia edilir. Artıq əyalətin bəzi rayonlarında elektrik enerjisi və internetin verilməsinin dayandırıldığı da bildirilir.

İran İnsan Hüquqları Fəalları Agentliyi (HRANA) Xuzistan əyalətində suyun kəsilməsinə qarşı keçirilən nümayişlərdə iştirak etdikləri üçün həbs edilən 102 nəfərin adlarını yayıb. 16 yaşlı iki yeniyetmənin də tutulanlar arasında olduğu bildirilir. HRANA 9 nəfərin həlak olduğunu iddia edir. İran hakimiyyəti isə 5 nəfər nümayişçinin və 1 nəfər polisin “təxribatçı qrupların” havaya açdıqları atəş nəticəsində həlak olduqlarını bildirib.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR