Saat:17:52
Haqqımızda

İranda bir dollar 31 min tümənə qalxdı

2021-12-07 11:39:00

İranda bir dollar 31 min tümənə qalxdı

İran prezidenti İbrahim Rəisinin iqtisadi problemlərlə mübarizə aparacağı ilə bağlı vədindən bir neçə saat sonra bir dollar 31 min tümənə qalxdı. İranda valyuta məzənnələri ilə bağlı məlumat yayan "Bonbəst" saytının verdiyi son xəbərinə görə, İranda bir Amerika dollarının satışı 31 min tümən, alışı isə 31 min 100 tümənə həyata keçirilib. Məlumata əsasən, avronun alış qiyməti 34 min 945, satış qiyməti isə 35 min 95 tümən olub.

Xatırladaq ki, İran prezidenti İbrahim Rəisi dekabrın 5-də televiziyada çıxışı zamanı söz verib ki, İrandakı iqtisadi problemlərlə mübarizə aparacaq və hökumət sanksiyaların ləğv edilməsi yönündə səylərini davam etdirir.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR