İranda "Ayfon"la bağlı qərar dəyişdi
2024-10-30 14:58:28
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İran hakimiyyəti "IPhone" smartfonlarının idxalına bütün məhdudiyyətləri ləğv edib. Yaxın zamanda onların ölkəyə daxil edilməsi və qeydiyyatı üçün yeni mexanizm təqdim ediləcək. Bu barədə informasiya-kommunikasiya texnologiyaları naziri Səttar Haşemi X şəbəkəsindəki səhifəsində məlumat verib.
Hürr Tərcüman
