Saat:08:35
Haqqımızda

İranda 7 azərbaycanlı fəal həbs olunub - FOTOLAR

2022-11-28 12:01:00

İranda 7 azərbaycanlı fəal həbs olunub - FOTOLAR

Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan media və milli fəalların verdiyi məlumata görə, Hamid Vahidi, Sina Farabi, Babək Nemətzadə, Aydın Fərəczadə, Rza Məhəmmədi və Əkbər Fəthi adlı fəallar həbs olunublar.

Hurriyyet.az xəbər verir ki, Tehranda saxlanılan Vəhid Əliqulupur Evin zindanına, qalan 6 fəal isə Marağa şəhər həbsxanasına köçürülüb.

Fəalların həbs səbəbləri barədə dəqiq məlumat əldə etmək mümkün olmasa da, onların etiraz aksiyaları ilə bağlı saxlanıldıqları güman edilir.

musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR