İranadəti üzrə Ermənistanın başını sığallamağa davam edir: bu dəfə iqtisadi-ticarət heyəti Ermənistana ezam edib

2022-08-23 13:52:00

İranadəti üzrə Ermənistanın başını sığallamağa davam edir: bu dəfə iqtisadi-ticarət heyəti Ermənistana ezam edib

İranın iqtisadi-ticarət heyəti Ermənistana ezam edilib. Bu barədə "Fars News" xəbər agentliyi xəbər verir.

“Fars News”un verdiyi xəbərə görə, Zəncan əyalətinin Sənaye, Mədən və Kənd Təsərrüfatı Palatası tərəfindən ticarət və iqtisadi nümayəndə heyəti Ermənistana göndərilib.
İran nümayəndə heyəti Ermənistanla birgə iqtisadi və kommersiya əməkdaşlığını genişləndirmək məqsədilə üç günlük səfər zamanı Ermənistanın ticarət və iqtisadi imkanları ilə tanış olacaq.
Səfər proqramına İranın Ermənistandakı səfiri ilə xüsusi görüş, Ermənistanın bir neçə istehsal müəssisinə baş çəkmək, mədənçıxarma, tekstil, əlvan metallar, informasiya texnologiyaları və elektronika, dərman bitkiləri, toxunmamış tekstil, qida məhsulları, yol və yol tikinti avadanlıqları və s. daxildir.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.064854