Saat:11:42
Haqqımızda

İrana XƏBƏRDARLIQ EDİLDİ - SON DƏQİQƏ

2024-01-26 15:00:21

İrana XƏBƏRDARLIQ EDİLDİ - SON DƏQİQƏ

Çin İrandan Qırmızı dənizdə Yəmənin “Ənsar Allah” (husilər) hərəkatının hücumlarını dayandırmağa kömək etməsini istəyib.

Hurriyyet.az xəbər verir ki, bu barədə “Reuters” İran mənbələrinə istinadən məlumat yayıb.

Onların sözlərinə görə, Çin və İran bu yaxınlarda Qırmızı dənizdəki vəziyyəti müzakirə etmək üçün Pekin və Tehranda bir neçə görüş keçirib.

"Çin bildirib ki, maraqlarına hər hansı şəkildə zərər vurularsa, bu, Tehranla ticarət əlaqələrinə təsir edəcək. Buna görə də İran təmkin nümayiş etdirmək üçün husilərə təsir etməlidir", - deyə mənbə bildirib.

Tehranla ticarət əlaqələrinin kəsilməsi ilə bağlı konkret şərh verilməyib.

Agentlik yazır ki, Qırmızı dənizdə husilərin hücumları gəmiçilik və sığorta xərclərinin artmasına səbəb olub, Çinin Avropa və Asiya arasındakı ticarət yolunu pozub.

Qeyd edək ki, husilər ötən il noyabrın ortalarından etibarən Qırmızı dəniz və Ədən körfəzində 30-dan çox mülki gəmiyə hücum edib.

Musavat.com

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR