İrana sığınan axtarışda olan azərbaycanlılar Qarabağda baş verənləri təhrif edir

2022-09-13 13:11:00

İrana sığınan axtarışda olan azərbaycanlılar Qarabağda baş verənləri təhrif edir

İrana sığınan axtarışda olan və İran dəstəyi ilə Azərbaycanda "islam inqilabı" etmək iddiasında olan Azərbaycan vətəndaşları özlərinə məxsus “Teleqram” kanallarında Qarabağda baş verənləri təhrif edilmiş şəkildə yayırlar.
Onlara aid “Teleqram” kanalları ermənilərin Kəlbəcər və Laçın bölgələrində təxribatlarını Azərbaycan tərəfinin iddiası adlandırıb, Azərbaycan tərəfinin cavab zərbələrinin Qarabağda deyil, Ermənistan ərazisində həyata keçirildiyini "böyük sual" kimi təqdim ediblər.
"Ermənistanın Gorus, Cermuk və Vardenis şəhərləri Azərbaycan ordusunun artilleriya atəşinə məruz qalıb. Döyüşlər daha çox Qarabağda deyil, hazırda Ermənistanın Sünik vilayəti adlanan Zəngəzur rayonunun ucqarlarında başlayıb. Bu da böyük sual işarəsidir"-deyə, "islam inqilabı" Teleqram kanalı yazıb.
Kanal Azərbaycan Silahlı Qüvvələrinin üç erməni kəndinə də artilleriya zərbələri endirdiyi barədə erməni tərəfinin iddiasını tirajlayıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.068498