Saat:01:28
Haqqımızda

İrana qarşı qətnamə

2025-11-20 16:30:07

İrana qarşı qətnamə

Hurriyyet.az xəbər verir ki,  Beynəlxalq Atom Enerjisi Agentliyinin 35 üzv dövlətin təmsilçilərindən ibarət İdarə Heyəti İrandan özünün zənginləşdirilmiş uran ehtiyatları və bombardman edilən nüvə obyektlərinin vəziyyəti barədə "dərhal" nüvə nəzarət orqanına məlumat verməsini tələb edən qətnamə qəbul edib.
Bu barədə "Röyter" agentliyi qapalı iclasda iştirak etmiş diplomatlara istinadla məlumat verib.
Qətnamənin məqsədi qurumun İranın nüvə proqramının aspektləri barədə məlumat vermə mandatını yeniləməkdir.  Eyni zamanda İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin sorğularına operativ cavablar verməsi və qurumun nüvə obyektlərinə maneəsiz daxil ola bilməsi tələb olunur.
İyun ayında İsrail tərəfindən başlanan 12 günlük müharibədən sonra ABŞ İranın üç əsas nüvə obyektinə zərbə endirib və həmin zərbələrin İranın nüvə proqramını məhv etdiyini bəyan edib.
Hürr Tərcüman