İrana casusluq edən İsrail vətəndaşları ifşa olundu
2024-10-14 17:01:56
İsrail İrana işləməkdə şübhəli bilinən iki vətəndaşını həbs edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə İsrail Baş Təhlükəsizlik Xidmətinin (Şin Bet) yazılı açıqlamasında qeyd olunub.
Onların İran tərəfindən muzdla tutulduğu və İsrailin yüksək rütbəli şəxsinə sui-qəsd planlaşdırdıqları deyilir.
Yüksək rütbəli israilli şəxsin kim olduğu açıqlanmayıb./axar.az/