İrana bağlı hakerlər İsrailin bir neçə radiostansiyasına kiber hücum ediblər

2022-04-29 11:00:00

İrana bağlı hakerlər İsrailin bir neçə radiostansiyasına kiber hücum ediblər

İsrail mediasının məlumatına görə, İrana bağlı hakerlər Qüds günü ərəfəsində İsrailin bir neçə radiostansiyasını hədəf alıblar. Hücumdan sonra həyəcan siqnalının səsləndiyi beş radiostansiyanın loqolarını və canlı yayım elementlərini “hacked” ifadəsi əvəz edib.

Hazırda hücum olunan radiostansiyalardan birinin normal fəaliyyətini bərpa etdiyi deyilir. İsrail mediasının məlumatına görə, 2020-ci ilin may ayında "Jerusalem Post" saytına və İsrailin yüzlərlə digər internet saytına da hücum edən "xilaskar hakerlər" qrupu son hücumun təşkilatçısıdır.
Xatırladaq ki, İsrailin Milli Kiber Təşkilatı daha əvvəl Qüds günündə kiber hücumların artacağı barədə xəbərdarlıq etmişdi.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya