Saat:18:49
Haqqımızda

İran zindanlarında 10-a yaxın məhbus edam edilib

2024-12-25 10:47:28

İran zindanlarında 10-a yaxın məhbus edam edilib

Dünən İranın Fars, İsfahan, Cənubi Xorasan və Kermanşah əyalətlərindəki həbsxanalarda ən azı 6 məhbus dar ağacından asılıb. Bu barədə “Amerikanın Səsi” xəbər verib.

Məlumata görə, ölüm hökmü həyata keçirilən məhbuslar “narkotik qaçaqmalçılığı” və “qətl”də günahlandırılıblar.

Qeyd olunub ki, son dörd ildə narkotik cinayətləri ilə bağlı edam edilən məhbusların sayı artıb. Bildirilib ki, asılan məhbusların sayı 84% artaraq 471 edama çatıb.  

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.150472