İran yenə dəhlizə qarşı çıxdı: İrəvan ərazi bütövlüyünü..

2022-04-30 17:26:00

İran yenə dəhlizə qarşı çıxdı: İrəvan ərazi bütövlüyünü..

İran üçün kommunikasiyaların açılması kontekstində dəhlizlərlə bağlı səslənən bəyanatlar qəbuledilməzdir.

Hurriyyet.az Azvision.az-a istinadən xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Abbas Bədaşxan Zohuri Zəngəzur vilayətinin qubernatoru Robert Qukasyanla keçirdiyi görüşdə deyib.

Zohurinin sözlərinə görə, Tehran hesab edir ki, Ermənistan öz ərazi bütövlüyünü qorumalıdır.

Zəngəzur qubernatoru və Qafan meri isə cavab olaraq diplomata dəhliz məsələsində tutduğu mövqeyə görə təşəkkür ediblər.

"Sizin fikriniz önəmlidir və hər bir Zəngəzur sakini tərəfindən yüksək qiymətləndirilir", - Qukasyan deyib.

Qeyd edək ki, İran İkinci Qarabağ müharibəsindən sonra İrəvanın xeyrinə bir neçə rəsmi bəyanatlar səsləndirib. Xüsusən də Zəngəzur dəhlizinin bərpası Tehran üçün daha çox arzuolunmaz hadisə kimi təqdim edilir.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya