Saat:03:06
Haqqımızda

"İran Yaxın Şərqdən çıxarılacaq" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ

2023-10-31 16:06:53

"İsrail-HƏMAS qarşıdurması yeni bir siyasi mərhələnin başlanmasına təkan verir"

"ABŞ Yaxın Şərqdə yeni geosiyasi qarşıdurmaya hazırlaşır. Əsas strateji planı İranı Suriyadan, Livandan və Ərəbistan yarımadasından çıxarmaqdan ibarətdir. Bu istiqamətdə hərbi qüvvələrini cəmləşdirir. İsrail-HƏMAS qarşıdurması yeni bir siyasi mərhələnin başlanmasına təkan verir. Nəticədə İran Yaxın Şərqdən çıxarılacaq. Qərbin İsrailə tam dəstəyi də bu kontekstdədir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloq hesab edir ki, Suriya, Livan və Qəzza zolağında İranın dəstək verdiyi proksi qüvvələrə qarşı əməliyyatlar genişlənəcək: "Türkiyə Yaxın Şərqdə baş verənlərdən kənarda durmaq istəmir. Ona görə də prezident Rəcəb Tayyib Ərdoğan Fələstinlə bağlı doğru strategiya ortaya qoyur. ABŞ isə öz növbəsində, Yaxın Şərqə yenidən qayıtmaq strategiyasını reallaşdırır. Səudiyyə Ərəbistanı, Misir, körfəz ölkələri də ABŞ dəstəkləyir".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 1.870801