Saat:16:16
Haqqımızda

İran XİN: "Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparırıq"

2025-01-06 13:56:15

İran XİN:

Hurriyyet.az xəbər verir ki, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqai jurnalistlərə açıqlamasında Zəngəzur dəhlizi ilə bağlı danışıqlar aparmaq məqsədi ilə İranın nümayəndə heyətinin tezliklə Türkiyəyə səfər edəcəyini bəyan edib.
Diplomat Zəngəzur dəhlizi məsələsinin siyasi yox, texniki məsələ olduğunu, iki ölkə arasında çox özəl tarixə malik olduğunu qeyd edib. 
Bəqai deyib: "İranın mövqeyi dəyişməzdir. İran nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsini alqışlayır, lakin ölkələrin suveren hüquqlarına hörmətlə yanaşmağın zəruri olduğunu da vurğulayır".
Bəqai deyib: "Yaxın zamanda müvafiq qurumların təmsilçilərinin də daxil olduğu nümayəndə heyətimizin Türkiyəyə səfər edib bu məsələni ətraflı müzakirə etməsi gözlənilir. Məsələnin yaxın zamanda həll ediləcəyinə ümidvarıq".
Hürr Tərcüman

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.211008