İran XİN: Cənubi Qafqazda hərbi hərəkətləri həssaslıqla izləyirik

2023-09-11 13:44:25

İran XİN: Cənubi Qafqazda hərbi hərəkətləri həssaslıqla izləyirik

"Biz hər iki ölkənin hakimiyyət orqanları ilə əlaqə saxlayırıq".

Hurriyyet.az Fars News-a istinadla xəbər verir ki, bunu İran XİN-in sözçüsü Naser Kənani deyib.

O bildirib: "Ermənistan rəsmiləri Azərbaycandan yeni hərbi münaqişə ehtimalından narahat olduqlarını bildiriblər. Amma Azərbaycan hakimiyyəti bizə bildirdi ki, onların hərbi hücum niyyəti yoxdur və son hərəkətlər qış mövsümü ərəfəsində gediş-gəliş çətinləşməsi ilə bağlıdır".

Kənani əlavə edib: "İran şimal qonşuları ilə ortaq sərhədlərin təhlükəsizliyinə həssasdır və hadisələri ciddi şəkildə izləyir. Sizi əmin edirik ki, İranın sərhədləri təhlükəsizdir və İran sərhəd təhlükəsizliyini güclü şəkildə dəstəkləyir.

Eyni zamanda, Qafqazda baş verən proseslərin əhəmiyyətini və regionda hər hansı qeyri-sabitlik və gərginliyin təsirlərini nəzərə alaraq, məsələni həssaslıqla və ciddiliklə izləyirik"./yenisabah.az/


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.138283