İran XİN başçısı Ermənistan-ABŞ birgə hərbi təlimini tənqid edib

2023-09-14 09:18:04

İran XİN başçısı Ermənistan-ABŞ birgə hərbi təlimini tənqid edib

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı İran XİN rəhbəri Ermənistan və ABŞ arasında keçirilən hərbi təlimlərə toxunaraq, bölgədə hər hansı xarici qüvvələrin mövcudluğunu regionda vəziyyəti çətinləşdirən amil kimi dəyərləndirib.

İranlı nazir habelə Araz çayının çirklənməsinin qarşısının alınmasına dair yol xəritəsinin həyata keçirilməsini bu ekosistemin sağlamlığının qorunması baxımından həyati vacib adlandırıb.

O, eləcə də, regional dialoqlar və mexanizmlər, o cümlədən "3+3" formatı vasitəsilə hərtərəfli sülhə nail olmağın ən səmərəli yol olduğunu vurğulayıb.

Öz növbəsində, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da İranla əlaqələrin inkişafını konstruktiv və mühüm adlandırıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.141755