İran Xəzərdə hava limanı yaradır

2022-07-21 12:39:00

İran Xəzərdə hava limanı yaradır

İranın ən böyük aviasiya konfransının koordinasiya iclası Müdafiə nazirinin müavini və Aviasiya Sənayesi Təşkilatının baş direktorunun iştirakı ilə ölkənin Ənzəli Azad İqtisadi Zonasında keçirilib. Tədbirin keçirilməsində məqsəd ölkənin aviasiya sənayesi sahəsində əldə etdiyi nailiyyətləri tanıtmaqdır.
“ana.press” saytının xəbərinə görə, tədbirdə çıxış edən briqada generalı Əfşin Xace Fərd Xəzərdə dəniz üzərində hava limanının yaradılması üçün əlverişli imkanların olmasına toxunaraq əlavə edib: “İranın Xəzəryanı ölkələrlə 700 kilometrlik su sərhədinin olmasını və ölkənin şimal əyalətlərində hava limanının tikintisi üçün kifayət qədər ərazinin olmadığını nəzərə alsaq, dənizdən su hava limanının tikilməsi üçün istifadə etmək mümkündür”.
Ölkədə yerli mütəxəssislər tərəfindən istehsal edilən hava taksisi xidməti göstərəcək su gəmisinin təqdimatının keçirilməsinə işarə edən general bildirib: “İranın üç şimal əyalətinin sahilləri hava taksisi texnologiyası ilə təchiz edilməlidir”.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.058991