İran vətəndaşlarından onlayn narkotik alan 46 nəfər tutuldu - Video
2023-02-02 17:23:00

Xəzər RPİ-nin şöbə və bölmələrinin yanvarda Mərdəkan, Türkan, Şüvəlan, Binə, Şağan qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirdiyi əməliyyatlarla narkotiklərin qanunsuz dövriyyəsi, kultivasiyası və satışı ilə məşğul olan 46 nəfər saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həmin şəxslərdən külli miqdarda heroin, tiryək, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.
Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları əsasən İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı satmaq məqsədi ilə əldə etdiklərini deyiblər.
Faktlarla bağlı toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib.
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya