Saat:23:57
Haqqımızda

İran və Xorvatiya arasında dinlərarası dialoqun üçüncü raundu keçiriləcək...Tehran Ankara ilə təsir gücü yarışında...

2022-01-18 12:50:00

İran və Xorvatiya arasında dinlərarası dialoqun üçüncü raundu keçiriləcək...Tehran Ankara ilə təsir gücü yarışında...

Məlumdur ki, din müstəvisi siyasi təsirin yayılması vasitələrindən biridir və ölkələr bu taktikadan "yumşaq güc" kimi istifadə edir. Bu dəfə söhbət İranın Şərqi Avropanın həssas nöqtələrindən biri olan Xorvatiyadan gedir. Belə ki, Pərviz İsmaili və Əziz Həsənoviç arasında bazar ertəsi axşam görüş keçirilib və İranla Xorvatiya arasında iki ölkə münasibətləri, region və dünyanın ən mühüm məsələləri üzrə danışıqların üçüncü mərhələsinin Zaqrebdə keçirilməsinə dair razılıq əldə olunub.

Bundan əvvəl səfir Rərviz İsmaili Əziz Həsənoviç ilə görüşündə İran və Xorvatiya mütəfəkkirləri arasında dini, mədəni və elmi əlaqələrin və iki ölkə arasında sıx əməkdaşlığın zəruriliyini vurğulayıb. İş orasındadır ki, bu bölgə 1-ci dünya müharibəsinə qədər Osmanlı dövlətinin nüfuz dairəsinə aid olub. Hazırda da Türkiyə bölgənin müsəlman aləmi içində ağır çəkiyə, nüfuza malikdir. Görünür Türkiyə ilə müxtəlif bölgələrdə rəqabət aparan İran burada da "yumşaq güc"lə din müstəvisindən nüfuz yarışından geri qalmaq istəmir. 

Ülviyyə, Hurriyyet.az

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR