İran və Çin arasında geniş əməkdaşlığın yeni fəslinin başlanğıcına start verildi
2023-02-16 11:25:00

İran Prezident Aparatının siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi bildirib ki, İranla Çin arasında geniş əəkdaşlığın yeni fəsli başlayır. Cəmşidi bu barədə Tvitter sosial şəbəkəsində paylaşıb: “İran və Çin arasında geniş iqtisadi əməkdaşlıq və qarşılıqlı siyasi etimadın yeni fəsli başlayıb.
Onun açıqlamasında görə, "prezidentlər arasında aparılan danışıqlar iqtisadiyyat, ticarət, maliyyə, tranzit və texnologiya sahələrində mühüm razılaşmaların əldə olunmasına səbəb olub. Beynəlxalq strateji hadisələr və regional məsələlər də müzakirə edilib, konstruktiv təşəbbüslər irəli sürülüb”.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya