İran və ABŞ danışıqları sürətlənir – Tramp tarix verdi
2025-05-28 21:43:18
(30).jpg)
ABŞ Prezidenti Donald Tramp İranla nüvə proqramına dair sazişin əldə olunmasının yaxın həftələrdə mümkün ola biləcəyini bildirib.
O, bu fikirləri Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.
“Əmin deyiləm… Amma düşünürəm ki, əgər baş verəcəksə, bu, yaxın bir neçə həftədə ola bilər”, – Tramp deyib.
Xatırladaq ki, ABŞ və İran nümayəndələri mayın 23-də Romada Tehranla bağlı nüvə proqramı üzrə danışıqların beşinci raundunu keçiriblər. Görüşlərə Oman vasitəçilik edib. \\Globalinfo.az
