Saat:10:37
Haqqımızda

İran urandan əl çəkmir - “Uranın zənginləşdirilməsini davam etdirəcəyik”

2025-06-23 10:48:01

İran urandan əl çəkmir - “Uranın zənginləşdirilməsini davam etdirəcəyik”

İsrailin və ABŞ-nin nüvə obyektlərinə zərbələrinə rəğmən, İran uranın zənginləşdirilməsini dayandırmaq fikrində deyil. 

Hurriyyet.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yeni bəyanatında deyildiyinə görə, Tehran "xarici təzyiqlərə baxmayaraq, dinc məqsədlər üçün uranı zənginləşdirməyə davam edəcək”

Qeyd edək ki, iyunun 22-nə keçən gecə ABŞ İranın Fordo, Natanz və İsfahandakı əsas nüvə obyektlərinə irimiqyaslı hava zərbələri endirib. Əməliyyat B-2 strateji bombardmançılarının istifadəsi tarixində ən böyük əməliyyat olub. On dörd 30 tonluq GBU 57 bunker bombası dərində möhkəmləndirilmiş yeraltı hədəflərə nüfuz etmək üçün havadan atılıb. Bundan əlavə, həmin obyektlərə sualtı gəmidən 30-dək “Tomaqavk” raketi buraxılıb.

Əsas hədəf, Pentaqonun məlumatına görə, artıq “tamamilə məhv edilmiş” Fordodakı yeraltı mərkəz olub. Natanz və İsfahanda da ciddi dağıntılar qeydə alınıb. İran rəsmi olaraq zərərin kiçik olduğunu bildirsə də, hadisə yerində rabitənin, elektrik enerjisinin kəsilməsi və xilasetmə qüvvələrinin hərəkəti qeydə alınıb.

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) heç bir radiasiya emissiyasını qeydə almayıb.

ABŞ Prezidenti Donald Tramp əməliyyatı “hərbi zəfər” adlandırıb və İranın güzəştə getməyəcəyi təqdirdə zərbələrin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib. Tehran hadisəni “iyrənc cinayət” adlandırıb və ABŞ ilə bütün diplomatik təmasların bitdiyini bəyan edib.

İranın Səhiyyə naziri Məhəmməd Rza Zəfərqandi isə vətəndaşların nüvə radiasiyasına məruz qalma təhlükəsi olmadığını iddia edib. Onun sözlərinə görə, hücuma məruz qalan Natanz, Fordo və digər obyektlər əsasən zənginləşdirmə obyektləridir. Zəfərqandi qeyd edib ki, partlayışlardan törəyən zəhərli qazların maksimal radiusu 50-100 metrdir, ondan kənarda heç bir problem yoxdur.

AzPolitika.info

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.412387