Saat:13:00
Haqqımızda

İran universitetlərində etiraz nümayişləri davam edir

2022-10-03 21:12:00

İran universitetlərində etiraz nümayişləri davam edir

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, İranda Mahsa Eminin ölümündən sonra başlanan nümayişlərin 17-ci günündə ölkənin bir çox universitetlərində başlanan kütləvi etirazlar bu gün də davam edib.  

İslami Təşkilatlar Tələbələr İttifaqının “Teleqram” hesabında dərc edilən görüntülərə görə, Təbriz, Əmir Kəbir, isfahan Texnoloji, Tərbiyət Müderis, Bircend, Urmiyə, Əllamə Tabatabai, Bender Abbas Səhiyyə Elmləri və Zəhra Universiteti kimi bir çox universitetdə tələbələr müxtəlif nümayişlər keçiriblər.

Bəzi universitetlərdə oturaq nümayişlər keçirilib, bəzi universitetlərdə isə şüarlar səsləndirərək yürüş edilib.

Tələbələr hakimiyyətə qarşı şüarlar səsləndirərək saxlanılanların dərhal azadlığa buraxılmasını tələb ediblər. Tələbələrin etirazlarına müəllimlər də dəstək olaraq, saxlanılan tələbələrin azadlığa buraxılmasını tələb ediblər.

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR