İran Türkiyənin siyasi nüfuzunun güclənməsindən "vəlvələyə düşüb"

2022-04-22 14:38:00

İran Türkiyənin siyasi nüfuzunun güclənməsindən

İran sosial mediasından Türkiyə ilə bağlı iddia irəli sürülüb. İran inqilabçılarına məxsus olduğu bildirilən “@abanewss” Telegram kanalı iddiasını belə ifadə edib: “Bu günlərdə Türkiyənin Mərkəzi və Cənub-Qərbi Asiyada baş verən proseslərdə rolu xeyli artıb. Demək olar ki, hər bir bölgəyə baxdığımızda orada Türkiyənin rolunu, onun kəşfiyyat xidmətinin izlərini görürük.
Azərbaycanda
- Xəzər dənizindən Türkiyəyə qaz nəqli layihəsi
- İranı Şimal dəhlizindən çıxarmaq və “Sünik” vilayətini (Zəngəzur) ələ keçirmək üçün Mossad və İraqın Kürdüstan bölgəsi ilə yenidən birgə əməkdaşlıq cəhdi
- İranın şimal-qərb vilayətlərində təxribat törətmək məqsədilə “Mossad”la əməkdaşlıq”.

P.S. Görünür Türkiyənin regional gücdən qlobal gücə çevrilmək perspektivindən vəlvələyə düşən İran-fars kimliyi rahatlığını itirdiyindən "yalançı təhdid uydurmaq" şakərini tərgidə bilmir.

Ülviyyə, Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya