İran təyyarəsinin enişinin qarşısını almaq məqsədi ilə Hələb və Dəməşq hava limanları bombalandı

2022-09-01 15:07:00

İran təyyarəsinin enişinin qarşısını almaq məqsədi ilə Hələb və Dəməşq hava limanları bombalandı

İran təyyarəsinin enişinin qarşısını almaq məqsədi ilə Hələb və Dəməşq hava limanları bombalanıb. Belə ki, xəbər mənbələri İsrail qırıcılarının Suriyanın Hələb və Dəməşq hava limanlarına hücumu barədə məlumat yayıb.
“Saberin News” yazıb: “İran təyyarəsinin enişinin qarşısını almaq üçün İsrailin Hələb hava limanını hədəf alması təyyarənin Dəməşqə doğru istiqamətini dəyişməsinə səbəb olub. Amma İsrail qırıcıları həmin təyyarəni izləyərək onun enişinə mane olmaq üçün Dəməşq hava limanını da bombalayıblar”.
Bu barədə SEPAH-a yaxın “Tasnim” xəbər ajansı da yerli mənbələrə istinadən məlumat yayıb ki, İsrailin Hələb hava limanına təşkil etdiyi hava hücumunda hava limanının qərb eniş-uçuş zolağının son 300 metrlik hissəsi zədələnib və mülki və normal uçuşlar həyata keçirmək mümkün olmayıb”.
Bəzi mənbələrə görə isə, hücumda sursat anbarı və ya təyyarələri qoruyan anqarlar hədəfə alınıb. Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.075019