İran Səudiyyə ilə barışır – Husiləri silahdırmağa davam edəcəkmi?

2023-03-16 16:46:00

İran Səudiyyə ilə barışır – Husiləri silahdırmağa davam edəcəkmi?

Hurriyyet.az xəbər verir ki, “Vol Strit Cornel” (“The Wall Street Journal”) nəşrinin Səudiyyə Ərəbistanı və ABŞ rəhbərliyindəki rəsmi mənbələrə istinadla yazdığına görə, İranla Səudiyyə arasında Çinin vasitəçiliyi ilə əldə edilmiş razılaşma çərçivəsində Tehran Yəməndəki müttəfiqləri olan husilərə gizli silah tədarükünü dayandıracaq.

Xəbər verdiyimiz kimi, iki ölkə arasında yeddi illik fasilədən sonra diplomatik münasibətlərin bərpa edilməsi hazırlığı gedir. 

Yəmənlə bağlı razılaşmanın imzalanması regiondakı ən uzunmüddətli vətəndaş müharibələrindən birinin dayandırılmasına zəmin yarada bilər.

Uzun illər ərzində Səudiyyə Ərəbistanı ilə İran Yəməndəki münaqişədə bir-birinə qarşı duran tərəfləri dəstəkləyərək müharibəni alovlandırıblar. Bu savaş regionda humanitar fəlakətə, misli görünməmiş aclığa səbəb olub. Həmçinin, husilər Səudiyyə krallığına raket və dron zərbələri endirdiyindən müharibə Yəmən sərhədlərindən kənara çıxırdı. ABŞ ilə Səudiyyədəki rəsmi mənbələrin sözlərinə görə, Tehran husiləri silahlandırmağı dayandırsa, bu münaqişənin bitməsi ilə nəticələnə bilər. Səudiyyə məmrlarından biri bildirib ki, krallıq İranın BMT-nin husiləri silahlandırma embarqosuna riayət edəcəyini gözləyir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.153195