Saat:08:42
Haqqımızda

"İran səfirliklərə hücum və diplomatların öldürülməsi üzrə dünyanın "lider" dövlətlərindəndir" - ELXAN ŞAHİNOĞLU

2023-01-27 11:58:00

"Qatillər və onların arxasındakı güc və güclər tapılsa belə, son hadisə iki ölkə arasındakı münasibətlərdə əlavə gərginlik mənbəyi olaraq qalacaq"

"Səfirliklərə hücum və diplomatların öldürülməsi üzrə İran dünyanın "lider" dövlətlərindəndir. İrandakı fanatiklər yüz illər əvvəl Rusiya imperiyasının səfirini öldürməkdən tutmuş İslam inqilabı dövründə ABŞ səfirliyinə hücum və diplomatların girov götürülməsinə qədər uzun yol qət ediblər. Ancaq İranın sözdə dost və tərəfdaş adlandırdığı müsəlman ölkəsinin Tehrandakı səfirliyinə hücumu xatırlamıram. Bunu da etdilər". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq hesab edir ki, qatillər və onların arxasındakı güc və güclər tapılsa belə, son hadisə iki ölkə arasındakı münasibətlərdə əlavə gərginlik mənbəyi olaraq qalacaq: "Ötən ilin sentyabr ayında erməni fanatiklər Azərbaycanın Fransadakı səfirliyinə hücum edəndə və Londona dini fanatik qrup səfirliyimizi qısa müddətə ələ keçirəndə təklif etmişdim ki, indiki həssas məqamı nəzərə alaraq münasibətlərimizin gərgin və soyuq olan dövlətlərdəki səfirliklərimizin təhlükəsizlik tədbirlərini artıraq. Buna indi də ethiyac var".

"Atlas" Araşdırmalar Mərkəzinin rəhbərinin fikrincə, İranda səfirliyimizə hücum edən qatilin başqa ölkələrdə ardıcılları tapıla bilər: "Bu mərhələyə də hazır olmalıyıq. "ASALA" terrorçuları və bu qruplaşma ilə ittifaqda olanlar yenidən peyda olublar".

Vazeh BƏHRAMOĞLU,

Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.192742