İran səfiri: “Ermənistan İranın Avrasiya ölkələrinin bazarına giriş qapısıdır”

2022-08-26 13:17:00

İran səfiri: “Ermənistan İranın Avrasiya ölkələrinin bazarına giriş qapısıdır”

“Ermənistan İranın Avrasiya ölkələrinin bazarına giriş qapısıdır”. Bunu İranın İrəvan səfiri bildirib.

Ermənistanı İran üçün Avrasiya ölkələrinin bazarına giriş qapısı adlandıran İranın Ermənistandakı səfiri həmçinin deyib: “Ölkələrin bazarına nə qədər peşəkar şəkildə və oradakı imkanlar haqqında tam məlumatlı daxil olsaq, istədiyimiz nəticəni əldə etmək imkanımız bir o qədər çox olar”.
“Fars News” xəbər verir ki, səfir Abbas Bədəxşan Zuhuri jurnalistlərə açıqlamasında son 1-2 il ərzində Ermənistanın İrandan gələn müxtəlif biznes, iqtisadi və ticarət nümayəndə heyətlərinə ev sahibliyi etdiyini bildirib.
O, əlavə edib: “Ermənistanla qonşu ölkələrin fəaliyyəti iqtisadi olub və bu səfərlər iki ölkənin kommersiya imkanları və iqtisadi əməkdaşlığı haqqında məlumatlılığın və anlayışın artırılmasında xüsusi rola malikdir”.

Ülviyyə, Hurriyyet.az

 


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.057368