İran səfiri "Daşnaksütyun" nümayəndələri ilə görüşdü
2025-05-29 21:17:37
.jpg)
İran səfiri Mehdi Sübhani Ermənistanın “Daşnaksütyun” partiyasının nümayəndələri ilə görüş keçirib.
Tərəflər regiondakı vəziyyəti və Ermənistan-İran münasibətlərini müzakirə ediblər.
Diplomatla görüşdə deputatlar Armen Rüstəmyan, Lilit Qalstyan və İşxan Saqatelyan iştirak ediblər.
Erməni siyasətçilər partiyanın regionda gedən geosiyasi proseslər, Ermənistanın təhlükəsizlik məsələləri və daxili siyasi vəziyyətlə bağlı mövqeyini səsləndiriblər.
Səfir də öz növbəsində iki ölkə arasında əməkdaşlığın gücləndiyini, nəqliyyat daşımalarının artdığını qeyd edib. \\Axar.Az
